logo

Azərbaycan neftinin bir barrelinin qiyməti 68 dolları ötüb

10:29 28-12-2017 | icon 2394
Azərbaycan neftinin bir barrelinin qiyməti 68 dolları ötüb

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

YeniAvropa xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,81 dollar bahalaşaraq 68,18 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar artaraq 66,60 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar bahalaşaraq 59,79 dollar təşkil edib.