logo

Nikol Paşinyan İrana rəsmi səfərə gedib

11:55 01-11-2022 | icon 2058
Nikol Paşinyan İrana rəsmi səfərə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün səhər saatlarında Tehrana rəsmi səfərə gəlib.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, geniş tərkibdə nümayəndə heyəti ilə İrana səfər edən Ermənistanın baş naziri Prezident İbrahim Rəisi ilə görüşəcək.

görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, regionda cərəyan edən siyasi proseslərə də toxunulacaq. Səfər çərçivəsində İranla Ermənistan arasında qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.

N.Paşinyan sonuncu dəfə İrana 2021-ci ilin avqustunda səfər etmişdi.