Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 1-də İrana səfərə gedəcək.
YeniAvropa İran mətbuatına istinadla xəbər verir ki,
səfər çərçivəsində Ermənistan hökumətinin başçısı İran prezidenti İbrahim Rəisi ilə görüşəcək.
Görüş zamanı tərəflər ikitərəfli məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, bu gün N.Paşinyan Rusiya prezidentinin dəvəti ilə Soçidə səfərdədir.