Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Rusiya raketi Moldovanın şimal hissəsinə düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Bu gün səhər Moldova Respublikasının Naslavça şəhərinin şimal hissəsinə düşən raket Ukraynanın zenit sistemi tərəfindən vurulub", - deyə məlumatda qeyd olunub.
Zərərçəkənlər barədə məlumat yoxdur, lakin Naslavçada bir neçə evin pəncərələri zədələnib.