Rusiya prezidenti Vladimir Putin oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sammitinə videokonfrans formatında qatılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadla məlumat yayıb.
Bildirilib ki, sessiyada 2022-ci il sentyabrın 15-də KTMT-nin Ermənistana göndərilmiş missiyasının işinin yekunu ilə bağlı müzakirə planlaşdırılıb.
Qeyd olunub ki, toplantıda Ermənistana yardım göndərilməsi üzrə birgə tədbirlərə də baxılacaq.