logo

Qərb Rusiya neftinə 64 dollar  maksimum qiymət qoydu

14:24 27-10-2022 | icon 2324
Qərb Rusiya neftinə 64 dollar  maksimum qiymət qoydu

Qərb ölkələri Rusiyadan tədarük olunan neftin qiymət həddini müəyyən edərkən bir barel üçün 63-64 dollar diapazonunda orta qiyməti əsas götürə bilər.

YeniAvropa xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

ABŞ prezidenti Co Bayden administrasiyasının yüksəkvəzifəli nümayəndəsi hər hansı diapazonla bağlı xəbərləri yanlış adlandırıb və qiymət məhdudiyyətlərinin həyata keçirilməsi ilə bağlı bir çox ölkələrlə razılığın əldə olunmadığını bildirib.

Ağ evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrienn Uotsonun sözlərinə görə, Vaşinqton "G7" və digər tərəfdaşlarla koordinasiyalı şəkildə Rusiya neftinin qiymətlərinə effektiv və sərt məhdudiyyətlər tətbiq etmək kursuna sadiq olduğunu vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya neftinə tətbiq ediləcək qiymət həddinin bir barel üçün 60 dollar ətrafında müəyyən oluna biləcəyini deyib.