logo

Ərdoğan Ankarada İsrailin müdafiə naziri ilə görüşəcək

12:44 27-10-2022 | icon 1876
Ərdoğan Ankarada İsrailin müdafiə naziri ilə görüşəcək

İsrailin müdafiə naziri Benni Hans oktyabrın 27-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və bu ölkənin müdafiə naziri Hulusi Akarla görüşməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün müdafiə naziri Benni Hansın Ankarada yerləşən prezident kompleksində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır. İsrailin müdafiə naziri, həmçinin türkiyəli həmkarı ilə də görüşəcək”, - deyə məlumatda bildirilir.

Benni Hans Ankara danışıqları çərçivəsində iki ölkə arasında müdafiə kanallarının bərpasını müzakirə edəcək.

İsrailin müdafiə naziri Ankaraya yola düşməzdən öncə Türkiyə tərəfindən Yaxın Şərqdə təhlükəsizliyin, sabitliyin və sülhün təmin edilməsi üzrə məhsuldar müzakirələr gözlədiyini bildirib.

Bu ilin avqust ayında Rəcəb Tayyib Ərdoğan və İsrailin baş naziri Yair Lapid arasında baş tutan telefon danışığından sonra iki ölkə arasında diplomatik əlaqələrin tam bərpası və dörd illik fasilədən sonra səfirlərin geri qaytarılması ilə bağlı razılaşma əldə olunub.