İsrail prezidenti İshaq Hersoq ABŞ lideri Cozef Baydenlə Ağ evdə keçirilən görüşü zamanı İranla bağlı məsələləri müzakirə edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İshaq Hersoq görüşdən sonra jurnalistlərə bildirib.
“İran öz vətəndaşlarını sıxışdırmaqla yanaşı, həm də nüvə silahı əldə etməyə çalışır. İrandakı vəziyyət ciddi müzakirə mövzusudur”, - İsrail prezidenti belə deyib.
Bir müddət öncə ABŞ-ın Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib ki, Prezident Cozef Bayden İranın nüvə silahı əldə etməsinə imkan vermək niyyətində deyil. “Prezident buna nail olmaq üçün diplomatiyanın ən yaxşı vasitə olduğuna inanır”, - deyə Con Kirbi qeyd edib.
O, eyni zamanda, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə tezliklə əməl edəcəyinə inanmadığını da vurğulayıb.