logo

Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib

13:59 26-10-2022 | icon 1659
Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib

Ukraynanın Luqansk vilayətinin Novoivanovka yaşayış məntəqəsinə nöqtəvari artilleriya zərbələri nəticəsində Çeçenistandan olan xüsusi təyinatlıların sursat anbarı və 10-dan çox döyüşçüsü məhv edilib.

 YeniAvropa xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri vilayətin Svatovo yaşayış məntəqəsində 10-dək Rusiya hərbçisini və döyüş komplekti ilə yüklənmiş 5 avtomobili məhv edib.

Məlumata görə, son sutkada Rusiya Ukraynanın yaşayış məntəqələrinə 5 raket, 30 aviasiya zərbəsi, reaktiv yaylım atəşi sistemindən yüzdən artıq atəş açılıb. Qırxdan çox yaşayış məntəqəsi, o cümlədən Dnepr şəhəri və Dnepropetrovsk vilayəti, Xarkov vilayətinin Prikolotnoye şəhəri, Xerson vilayətinin Bolşaya Aleksandrovka şəhərləri hava hücumuna məruz qalıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 3 “Ka-52” zərbə helikopterini sıradan çıxarıblar.