logo

“Mercedes-Benz” Rusiyadakı zavodunu 2 milyard avroya satıb

12:22 26-10-2022 | icon 2128
“Mercedes-Benz” Rusiyadakı zavodunu 2 milyard avroya satıb

“Mercedes-Benz” şirkəti Rusiyadakı zavodunu satıb.

 YeniAvropa xəbər verir ki,  “Mercedes-Benz” Moskva vilayətindəki zavodunu “Avtoprom” şirkətinə 2 milyard avroya satıb. “Mercedes”in Rusiyadan getməsinin əsas səbəbləri Avropadan 50 min avrodan artıq dəyəri olan avtomobillərin, eləcə də ABŞ-dan hər hansı avtomobilin Rusiyaya gətirilməsinə qadağa qoyulması, habelə sanksiyalar üzündən avtomobil hissələrinin daşınmasında yaranan problemlərdir.

Qeyd edək ki, “Mercedes” son bir neçə ayda Rusiyada istehsalını dayandıran üçüncü iri avtomobil şirkətidir. Bundan əvvəl “Renault” və “Nissan” şirkətləri də bu ölkədə istehsala xitam vermişdi.

“Mercedes-Benz”in Moskva vilayətindəki zavodunda gələcəkdə Çin avtomobil markalarından birinin istehsalına başlanacağı ehtimal olunur.