logo

Ukrayna NATO xarici işlər nazirlərinin sammitinə dəvət olunub

19:29 25-10-2022 | icon 4732
Ukrayna NATO xarici işlər nazirlərinin sammitinə dəvət olunub

Ukrayna NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin noyabrın sonunda Rumıniyada keçiriləcək sammitinə dəvət olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə  Rumıniyanın  dövlət  informasiya agentliyi- “Аgerpres” məlumat yayıb.

Xəbərdə bildirilib ki, sammitə Ukrayna ilə yanaşı, alyansa üzv olmayan Moldova, Gürcüstan, Finlandiya, İsveç və Bosniya və Herseqovina da dəvət olunublar. Sammit noyabrın 29 və 30-da Buxarestdə baş tutacaq.

İclasda NATO-nun Madriddə keçirilən sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı dörd sessiya keçiriləcək. Tədbir iştirakçıları Ukraynadakı müharibə və enerji təhlükəsizliyi kimi mövzulara diqqət yetirəcəklər.