logo

Gürcüstanda ard-arda 2 zəlzələ olub

14:54 24-10-2022 | icon 2268
Gürcüstanda ard-arda 2 zəlzələ olub

Oktyabrın 24-də günorta saatlarında Gürcüstanda ard-arda zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.

Bildirilib ki, birinci zəlzələ saat 13:20-də Dmanisi rayonunun Məmişli kəndində qeydə alınıb.

İkinci zəlzələ isə Tbilisi vaxtı ilə saat 13:39-da Tsalkanın Salamaleykum kəndində qeydə alınıb.

Qeyd olunub ki, zəlzələ 3,7 bal gücündə olub.