logo

Rusiyada qırıcı təyyarə yaşayış evinə çırpılıb:2 nəfər ölüb

17:47 23-10-2022 | icon 1638
Rusiyada qırıcı təyyarə yaşayış evinə çırpılıb:2 nəfər ölüb

Rusiyanın İrkutsk vilayətində “Su 30” tipli qırıcı təyyarə ikimərtəbəli taxta evin üzərinə düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarə sınaq uçuşu zamanı qəzaya uğrayıb. Təyyarənin iki pilotu həlak olub.