Bakıda Beynəlxalq Xeyriyyə Yarmarkasının açılış mərasimi keçirilir
Oktyabrın 22-də Heydər Əliyev adına İdman Konsert Kompleksində ölkəmizdə ilk dəfə olaraq BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə, ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyinin 3 illiyinə və BMT Gününə həsr olunmuş Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilir.
YeniAvropa xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Xeyriyyə Yarmarkası ilə tanış olub.
Azərbaycanın Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi və Gənclər Fondunun tərəfdaş olduğu tədbir çərçivəsində müxtəlif dövlətlərin Azərbaycanda akkreditə olunmuş nümayəndəlikləri tərəfindən təmsil etdikləri ölkələrin milli mədəniyyətlərini tərənnüm edən mətbəx nümunələri və suvenirlər xeyriyyə məqsədilə satışa çıxarılıb.
Tədbirə giriş və müsabiqədə iştirak üçün biletlərin satışından, eləcə də yarmarkada həyata keçirilən satışlardan əldə olunan ümumi vəsait UNICEF-in Azərbaycanda fiziki imkanları məhdud uşaqlarla bağlı həyata keçirdiyi layihənin maliyyələşdirilməsinə sərf olunacaq. Tədbir çərçivəsində Azərbaycan və digər ölkələrin mədəniyyətlərinə xas musiqi və rəqslərdən ibarət konsert proqramı, habelə qiymətli hədiyyələrin oynanılacağı lotereya təşkil edilib.
BMT-nin müxtəlif qərargahlarında illik əsasda həyata keçirilən bənzər xeyriyyə tədbirlərinin təcrübəsinə uyğun olaraq, yarmarkanın gedişatında bir sıra qiymətli hədiyyənin öz sahibini tapacağı müsabiqə təşkil edilir. Tədbirdə, həmçinin qeyd olunan ölkələrin və Azərbaycanın milli rəqs və musiqi nömrələrindən ibarət geniş mədəni proqram nümayiş olunur.
Tədbirin təşkilinə Beynəlxalq İnkişafa Yardım Agentliyi, BP Azərbaycan, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Gənclər Təşkilatları Milli Şurası, İTicket.az, Azərbaycan Gənclər Fondu da öz töhfəsini verir.
Xeyriyyə Yarmarkasında Argentina, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin, Estoniya, Əlcəzair, Fransa, Fələstin, Gürcüstan, İndoneziya, İordaniya, İraq, Kuba, Qətər, Qazaxıstan, Xorvatiya, Latviya, Litva, Liviya, Macarıstan, Malayziya, Mərakeş, Misir, Pakistan, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna və Venesuelanın, həmçinin BMT, Avropa Birliyi, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ölkəmizdə fəaliyyət göstərən nümayəndəlikləri iştirak edirlər.
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb