logo

Laçında mina partlamasında 35 yaşlı kənd sakini ölüb 

11:55 22-10-2022 | icon 4858
Laçında mina partlamasında 35 yaşlı kənd sakini ölüb 

Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, minalı ərazidə baş vermiş hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub. 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.

“Unutmayın, yanlış atılan hər bir addım həyatınızı itirməyə səbəb ola bilər!”, - deyə məlumatda qeyd olunub.