Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın Təbriz şəhərində Baş konsulluq açmaq niyyətində olduqlarını təsdiqləyib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ararat Mirzoyan Qafanda İran Baş konsulluğunun açılış mərasimində məlumat verib.
O, Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Ermənistanın Baş konsulluq açmaq niyyətində olduqlarını deyib.
Qeyd edək ki, oktyabrın 21-də Qafan şəhərində İranın Baş konsulluğunu açılışı olub. Açılış mərasimində iştirak edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışında bildirib ki, İslam Respublikası Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir.