Avropa İttifaqının EUMAM Ukraine təlim missiyası çərçivəsində Almaniya 2023-cü ilin yazınadək 5 min nəfərdən ibarət ukraynalı hərbçinin təlimlərini başa çatdırmaq istəyir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə AFR kansleri Olaf Şolts Bundestaqda çıxışı samanı bildirib. AFR kanslerinin sözlərinə görə, Almaniyanın tərəfdaş ölkələrə hərbi texnika ötürməsi sayəsində, onlar da öz növbəsində Ukraynaya yüzə yaxın tank göndərə biliblər.
Şolts həmçinin bildirib ki, Ukrayna ilin sonunadək ehtiyaclarını ödəmək üçün yetərincə maliyyə dəstəyi alıb. Belə ki, humanitar və hərbi dəstəklə yanaşı, Kiyevə 20,7 milyard dollar ayrılıb və bu il o, ümumilikdə 33,3 milyard dollar məbləğində maliyyə dəstəyi almalıdır.
Oktyabrın 17-də Avropa İttifaqının Xarici İşlər Şurası Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə EUMAM Ukraine missiyasının yaradılması barədə qərar qəbul edib. Hələlik iki il üçün nəzərdə tutulmuş proqrama Ukrayna hərbçilərinin təlimi, eləcə də bu təlimi dəstəkləyən Avropa dövlətlərinin səylərinin əlaqələndirilməsi daxildir.