logo

 Putin Rusiyanın Turizm Agentliyini ləğv etdi

12:59 20-10-2022 | icon 2296
 Putin Rusiyanın Turizm Agentliyini ləğv etdi

Rusiya prezidenti Vladimir Putin Federal Turizm Agentliyinin (“Rosturizm”) ləğv edilməsinə dair sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Sərəncama əsasən, Agentliyin səlahiyyətləri Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə verilib.

Qeyd edək ki, Rusiyanın Turizm Agentliyi 2004-cü ilin noyabrın 18-də yaradılıb. Agentlik bundan əvvəl Rusiya Federasiyası Bədən tərbiyəsi, idman və turizm üzrə dövlət komitəsi adlanırdı.

“Rosturizm”in 67 əməkdaşı olub.