Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.
YeniAvropa xəbər verir ki, dini liderlər bu gün səhər əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.
Onlar erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.
Daha sonra nümayəndə heyəti Füzulidən Şuşaya yola düşüblər.