Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür.
YeniAvropa xəbər verir ki, Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 41 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının(İES) birinci enerji bloku istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub.
Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə həmin tarix ölkəmizdə Energetiklər Günü kimi təsis edilib.
Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.