Lev Spivak “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib
Azərbaycan diasporunu dost İsrail Dövlətində böyük ləyaqətlə təmsil edən “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivakın 60 yaşı tamam olur.
YeniAvropa xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, bu münasibətlə Lev Spivak Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, L.Spivak 19 oktyabr 1962-ci ildə Bakı şəhərində anadan olub. İlk ali təhsilini Azərbaycan Politexnik İnstitutunda alıb. 2007-2019-cu illərdə “Azİz”
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının direktoru olub. 2019-cu ildən
“Azİz”in rəhbəridir. 2012-ci ildən indiyədək “Bizim Ev – İsrail” siyasi partiyasının
üzvüdür. 2019-cu ildə Qiryat-Ekron şəhərində yerli şuranın deputatı seçilib.
Onun rəhbərliyi ilə beynəlxalq assosiasiya Azərbaycan mədəniyyətinin təbliği, iki ölkənin dövlət qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, qardaşlaşmış şəhərlər konsepsiyasının həyata keçirilməsi, Qarabağ münaqişəsi və post-müharibə dövründə israilli jurnalistlərin Azərbaycana səfərlərinin təşkili, İsrail mediasında və sosial media şəbəkələrində Azərbaycan həqiqətlərinin geniş təbliği istiqamətində davamlı və səmərəli iş aparmaqdadır.
“Azİz”in təşəbbüsü ilə Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı dağ yəhudilərinin
cuuri dilində, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və
yaradıcılığı haqqında üç cildlik kitab ivrit dilində nəşr edilib. “Azİz” yəhudilərə və
azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması naminə
Holokost qurbanlarına həsr olunmuş “Əbədi xatirə və əbədi rüsvay” və Xocalı
soyqırımına həsr olunmuş “Qarabağ hekayələri” kitablarının ərsəyə gəlməsində
böyük rol oynayıb.
“AzIz”in təşəbbüsü ilə Azərbaycandan İsrailə köçmüş 100 ən məşhur yəhudi
haqqında “Kim kimdir?” məlumat kitabı və Azərbaycan Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Qalib
Azərbaycan” şeirlər toplusu da İsrail ictimaiyyətində böyük maraq doğurub.
L.Spivak Azərbaycanla İsrail arasında dostluq əlaqələrinin inkişafına mühüm
töhfələrinə görə 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
“Tərəqqi” medalı ilə təltif edilib.
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycana bağlılığını və sevgisini hər zaman öz yorulmaz fəaliyyəti ilə sübut edən Lev Spivakı 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayır.
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
İlham Əliyev Olimpiya Stadionu ərazisində "COP29"a bağlı yaradılan şəraitlə tanış olub
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb