logo

Britaniyada azərbaycanlı həkimə “Moment of Magic” mükafatı təqdim edilib

16:33 19-10-2022 | icon 1554
Britaniyada azərbaycanlı həkimə “Moment of Magic” mükafatı təqdim edilib

Böyük Britaniyada yaşayan soydaşımız Fidan İsrafilbəyliyə Birmingem Qadın və
Uşaq Hospitalının (BWC) “Moment of Magic” (“Möcüzə anı”) mükafatı təqdim
olunub.

 YeniAvropa xəbər verir ki, "BWC"də məsləhətçi mama-ginekoloq vəzifəsində çalışan Fidan İsrafilbəyli bu mükafata BWC dəyərlərinin əsl təcəssümü olaraq layiq görülüb.

Bu xəstəxana Böyük Britaniyada qadın və uşaqlara xidmət göstərən ən iri iki tibb müəssisəsindən biridir.
Qeyd edək ki, Fidan İsrafilbəyli Azərbaycan Tibb Universitetinin məzunudur.
2003-cü ildə Böyük Britaniyada bir sıra dil və tibb imtahanlarını müvəffəqiyyətlə
verərək, diplomunu təsdiq edib və müxtəlif klinikalarda mama-ginekoloq
vəzifəsində çalışıb. Bu səviyyəyə çatmaq üçün Böyük Britaniyanın müxtəlif
klinikalarında 7 il ərzində çalışaraq biliklərini təkmilləşdirib. Nəticədə Böyük
Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı olub. Bu, Böyük Britaniya
mama-ginekoloqlarının ən nüfuzlu titullarından biridir.
Azərbaycanda başladığı elmi işi davam etdirən Fidan İsrafilbəyli əvvəlcə
ölkəmizdə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə isə Birmingem
Universitetində doktorluq ali dərəcəsini alıb. Onun 26 elmi məqaləsi dünyanın
müxtəlif nüfuzlu elmi jurnallarında dərc edilib. Tibbi dərsliklərdə 6 fəslin
həmmüəllifidir. Bu il erkən doğum riskinin qarşısının alınması istiqamətində
aparılan tədqiqatların davam etdirilməsi üçün 1,2 milyon funt sterlinqlik qrant
qazanıb.