logo

Rusiya Ukraynada hərbi cinayətlərə bərabər terror aktı həyata keçirir

14:11 19-10-2022 | icon 2345
Rusiya Ukraynada hərbi cinayətlərə bərabər terror aktı həyata keçirir

“Rusiyanın Ukraynanın elektrik stansiyalarına və infrasturkturuna raket zərbələri endirməsi, dronlarla hücumu hərbi cinayətlərə bərabər terror aktlarıdır”.

YeniAvropa  "BBC"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.

“Ötən gün biz yenidən Rusiyanın Ukraynanın mülki obyektlərinə nöqtəvi hücumlarının şahidi olduq. Belə hallar beynəlxalq qaydalarda çox aydın göstərilib. Bunlar müharibə cinayətləridir”, - deyə o, vurğulayıb.

Avropa Komissiyasının rəhbəri söyləyib ki, qışın gəlişi ərəfəsində kişiləri, qadınları, uşaqları sudan, elektrik enerjisindən və istilikdən mərhum etmək sırf terror aktıdır: “Bunu belə də adlandırmaq lazımdır".

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qoşunları oktyabrın 10-dan indiyədək ölkəsinin elektrik stansiyalarının 30 faizini məhv edib. Ona görə də ölkədə boyu elektrik enerjisinin verilişində böyük fasilələr yaranıb.