logo

İşğaldan azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb

12:52 19-10-2022 | icon 1463
İşğaldan azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb

Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa görə minalar mülki insanlara qarşı yönəlməməlidir: "Minaların basdırılması insan həyatına təhlükə kimi qiymətləndirilir. Ermənistan hələ də minaların xəritələrini təqdim etməyib. Müharibədən sonra minalar səbəbindən xeyli insan ölüb və yaralanıb. 300 mindən çox mina, o cümlədən digər partlamamış hərbi sursatlar aşkarlanıb. Ermənilərin təqdim etdiyi xəritələrin dəqiqlik faizi çox aşağıdır - 25-30 faiz".