Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 60 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə 54 nəfər,o cümlədən borclu şəxs qismində axtarılan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, altı nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.