logo

Kamran Əliyev Türkiyəyə səfərə gedib

15:30 18-10-2022 | icon 1806
Kamran Əliyev Türkiyəyə səfərə gedib

Türkiyənin baş prokuroru Bekir Şahinin dəvəti ilə Azərbaycanın baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərə gedib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Səfər çərçivəsində İstanbul şəhərinin  baş prokuroru Şaban Yılmazla ikitərəfli görüş keçirilib.

Kamran Əliyev hər iki ölkənin dövlət başçısı İlham Əliyev və Rəcəb Tayyib Ədoğanın sarsılmaz səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Baş prokuror Türkiyənin Bartın vilayətindəki kömür mədənində çoxsaylı insan tələfatı ilə nəticələnən partlayışla bağlı həmkarına başsağlığını ifadə edib.
Nümayəndə heyətini salamlayan İstanbul şəhərinin baş prokuroru tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə olduğu kimi, qardaş ölkələrimizin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək Şaban Yılmazın rəhbərliyi ilə nümayəndə heyətinin 2021-ci ilin noyabr ayında ölkəmizə səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, ikitərəfli qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb, Türk Dövlətləri Təşkilatının Baş Prokurorluları Şurası çərçivəsində əməkdaşlığın uğurla aparıldığı vurluğulanıb. İki ölkənin prokurorluq orqanları arasında ənənəvi münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.