logo

Estoniya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıdı

15:05 18-10-2022 | icon 2303
Estoniya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıdı

Estoniya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, sənədin lehinə 88 deputat səs verib.

Bildirilib ki, Estoniya parlamenti Rusiya hakimiyyətini terrorçu, Rusiya Federasiyasını isə terrorçuluğu himayə edən dövlət olaraq tanıyır.

Qanunverici orqan beynəlxalq ictimiayyəti də analoji addım atmağa çağırıb.