logo

Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq edib

12:32 18-10-2022 | icon 2135
Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqının əsası olmayan məlumatlara əsaslanaraq yenidən İrana sanksiyalar tətbiq etməsi yanlış siyasi xətdir.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Əmir Abdullahian deyib. Oktyabrın 17-də Avropa İttifaqının Nazirlər Şurası Rusiyaya pilotsuz uçuş aparatı (PUA) və raket verdiyinə görə İranın 4 hüquqi və 11 fiziki şəxsinə qarşı sanksiyalar tətbiq edib.

İran irəli sürülən ittihamları rədd etsə də, Ukraynanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq Rusiyanın İran istehsalı olan PUA-dan istidafə etdiyini bildirib. Nəzərə çatdırılıb ki, İran Rusiyaya silah-sursat verməkdə davam etsə, beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaq.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün bəyan edib ki, rəsmi Tehran cavab sanksiyaları tətbiq edəcək. Onun sözlərinə görə, Avropa İttifaqı sanksiyalar tətbiq etməklə açıq-aşkar şəkildə İranın daxili işlərinə qarışır. N.Kənani sanksiyaları qərəzli və səmərəsiz siyasi addım adlandırıb.