Oktyabrın 18-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri yenidən raket və kamikadze dronların hücumuna məruz qalıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Kiyevin bəzi strateji infrastruktur obyektlərinə, o cümlədən enerji təsərrüfatına ciddi ziyan dəyib, şəhərin bəzi yerlərinə elektrik enerjisinin verilişi dayandırılıb.
Partlayışlar zaman ölən və yaralananların olduğu dəqiqləşdirilir.
Qeyd edək ki, bu gün səhər Ukraynanın Jitomir, Dnepr, Xarkov və digər böyük şəhərlərində də enerji infrastrukturlarına raket və kamikadze dronların hücumları nəticəsində ciddi ziyan dəyib