logo

Rusiyada hərbi təyyarə binaya çırpılıb:13 nəfər ölüb

09:09 18-10-2022 | icon 2128
Rusiyada hərbi təyyarə binaya çırpılıb:13 nəfər ölüb

Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində təyyarənin yaşayış binasına çırpılması nəticəsində 13 nəfər həlak olub.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 13 nəfər, o cümlədən 3 uşaq həlak olub, 19 nəfər yaralanıb. Hazırda binada dağıntıların aradan qaldırılması işləri davam edir. Hadisəsən sonra 68 nəfər xilas edilib, 360 nəfər təxliyyə olunub.

Xatırladaq ki, oktyabrın 17-də “Su-34” hərbi qırıcı təyyarəsi Yeysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşüb və yanıb. Sonra yanğın 9 mərtəbəli binaya keçib. Yanğın binanın 17 mənzilini bürüyüb. Təyyarənin heyəti katapult edib.