İran Rusiyanın hərbi cinayətlərinə şərikdir-Ukrayna XİN
“Ukraynada işğalçılıq müharibəsi aparmaq və Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət və terror aktlarına şərik edir”.
YeniAvropa xəbər verir ki, bu fikirlər Ukrayna Xarici İşlər Nazirlyinin Rusiyanın Ukraynaya qarşı cinayətlərində İranın əlbir olması barədə bəyanatında öz əksini tapıb.
Bəyanatda deyilir: “Rusiya Federasiyası İran istehsalı olan döyüş pilotsuz uçuş aparatlarını istifadə etməklə Ukraynanın mülki əhalisinə və mühüm infrastrukturuna qarşı terror aktları həyata keçirməkdə davam edir.
Təkcə son bir həftə ərzində Rusiya Federasiyası İranın kamikadze PUA-ları ilə Ukraynanın bir sıra şəhərlərində yaşayış binalarına, elektrik stansiyalarına, kanalizasiya təmizləyici qurğulara, körpülərə və uşaq meydançalarına yüzdən çox zərbə endirib. Uşaqlar da daxil olmaqla, onlarla insan həlak olub və yaralanıb. Ukraynanın enerji infrastrukturunun üçdəbirinə zərər dəyib. Kiyevdə iki diplomatik qurumun binasına ziyan dəyib.
Ukraynada işğalçılıq müharibəsi aparmaq və Ukrayna vətəndaşlarını öldürmək üçün silah tədarükü İranı Rusiyanın Ukraynaya qarşı təcavüz cinayəti, hərbi cinayət və terror aktlarına əlbir edir.
Biz Tehranı Rusiyaya istənilən silah tədarükünü dərhal dayandırmağa çağırırıq. Əks halda Rusiyanın Ukraynaya qarşı cinayətlərinə görə beynəlxalq məhkəmələr çərçivəsində ən ağır məsuliyyəti İran və onun rəhbərliyi daşıyacaq.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bu gün Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə müraciət edərək Rusiyanın ukraynalılara qarşı terrora yardım etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. İrana qarşı sərt sanksiyalar İranın Ukraynaya qarşı müharibədə istifadə üçün “yer-yer” tipli ballistik raketləri Rusiyaya ötürmək niyyəti barədə xəbərlər fonunda xüsusi önəm daşıyır.
Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq ayrılmaz özünümüdafiə hüququnun gerçəkləşdirilməsi çərçivəsində mülki əhalini, suverenliyini və ərazi bütövlüyünü xarici təcavüzdən qorumaq üçün bütün mümkün tədbirləri görəcək”.
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib