logo

Krım körpüsünün partladan 3 Ermənistan vətəndaşı həbs edilib

16:58 17-10-2022 | icon 2149
Krım körpüsünün partladan 3 Ermənistan vətəndaşı həbs edilib

Moskvanın Basmannı rayon məhkəməsi Krım körpüsünün partladılması ilə əlaqədar daha 3 nəfərin – Aleksandr Bılin, Oleq Antipov, Dmitri Tyajelıxın həbs edilməsinə dair qərar verib.

YeniAvropa xəbər verir ki, məhkəmə oktyabrın 9-da Krım körpüsündə terror aktı ilə əlaqədar daha 3 nəfər barəsində dekabrın 8-dək həbs qətimkan tədbiri görülməsini mümkün bilib.

Beləliklə, Rusiya İstintaq Komitəsinin hadisə ilə bağlı təqsirli bildiyi 12 nəfərdən 8-i, o cümlədən 5 Rusiya vətəndaşı, 3 Ermənistan vətəndaşı və 1 Ukrayna vətəndaşı həbs edilib.

Bir neçə gün əvvəl Simferopol məhkəməsi Ermənistan vətəndaşları olan Artyom və Georgi Azatyan qardaşları, eləcə də Artur Terçanyan barəsində həbs qərarı çıxarıb.