Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 83 min 10 körpə doğulub. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə 11-dən 12.4-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52.9, qızların xüsusi çəkisi isə 47,1 faiz təşkil edib. Körpələrdən 2 min 310-u əkiz, 105-i üçəm, dördü isə dördəmdir.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İlin səkkiz ayı ərzində ölkədə 41 min 758 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.3-dən 6.2-ə enib.