Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 105 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə 53 nəfər,o cümlədən borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.