Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı ünvanlayıb.
YeniAvropa xəbər verir ki, Rusiya dövlət başçısı Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş qəza və 28 nəfərin həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana və həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib, yaralılara şəfa arzulayıb.