Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.
YeniAvropa xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Qeyd edib ki, hadisə baş verəndən fasiləsiz olaraq axtarış-xilasetmə işləri davam etdirilib. İndiyədək 58 işçi xilas edilib.
Partlayış nəticəsində həyatını itirənlərin sayı isə 28 nəfərə çatıb.
Oktyabrın 15-də Türkiyə vaxtı ilə saat 06:00-a olan məlumata görə, mədəndə daha 15 işçinin qaldığı ehtimal edilir.
Partlayış baş verəndə vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riski bölgələrdə yerləşib.
Axtarış-xilasetmə işləri davam edir.
Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.