logo

Putin 222 min nəfəri Ukrayna müharibəsi üçün səfərbər etdiyini deyib

17:34 14-10-2022 | icon 2408
Putin 222 min nəfəri Ukrayna müharibəsi üçün səfərbər etdiyini deyib

Rusiyada 222 min adam qismən səfərbərlik çərçivəsində hərbi xidmətə cəlb olunub.

YeniAvropa xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Astanda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, iki həftə ərzində 222 min adam qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılıb. Onların 33 mini hərbi hissələrdədir, 16 min nəfər isə döyüş əməliyyatlarında iştirak edir.

V.Putin əlavə edib ki, Müdafiə Nazirliyi əlavə səfərbərlik üçün müraciət etməyib və iki həftə ərzində səfərbərlik tədbirləri başa çatacaq.