“Rusiya müharibə başlayandan ölkəmizə 1844 raket atıb”.
YeniAvropa xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.
Onun sözlərinə görə, Rusiya dəqiq idarə olunan raket ehtiyatlarının üçdə ikisindən çoxunu istifadə edib: "Rusiyanın əlində 609 belə raket qalıb. Təcavüzkar dövlət Ukraynadakı mülki hədəflərə qarşı yüzlərlə yüksək dəqiqlikli raketlərdən yararlanmaqla hərbi hədəfləri məhv etmək imkanından məhrum olur. Nəticə etibarilə Rusiyanın hərbi məğlubiyyəti qaçılmazır və o, terrorçu dövlətdir”.
Nazir həmçinin Rusiyanın əlində təxminən 300-ə yaxın İran pilotsuz təyyarəsinə sahib olduğunu da vurğulayıb: "Hazırda Rusiya minlərlə belə PUA almağı planlaşdırır, lakin bunun baş tutub-tutmayacağı hələ ki məlum deyil. Ancaq buna hər an hazır olmaq lazımdır. Ukrayna hərbçiləri belə pilotsuz təyyarələri vurmağı artıq öyrəniblər. Eyni zamanda hərbçilərimiz ələ keçirdikləri kamikadze-dronları sökür və onlara qarşı mübarizə üsullarını təkmilləşdirməyə çalışırlar".