logo

Ağdamda yol tikintisində çalışan 2 nəfər minaya düşüb

15:55 09-10-2022 | icon 3059
Ağdamda yol tikintisində çalışan 2 nəfər minaya düşüb

Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan hər iki şəxs müalicə aldığı xəstəxanadan təcili tibbi yardım maşınları vasitəsilə Bakıya gətirilir.

YeniAvropa xəbər verir ki, oktyabrın 8-də Ağdamda piyada əleyhinə minaya düşərək xəsarət alan- 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu Bərdə Diaqnostika Mərkəzindən təcili tibbi yardım briqadasının həkimlərinin nəzarəti altında Bakıya, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilir.

Onların vəziyyəti orta-ağır olaraq qaldığı bildirilir.

Xatırladaq ki, hadisə Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində təmizlənməmiş ərazidə, müəyyən olunan marşrutdan kənarda baş verib.

Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.