logo

Noyabrın 15-dən istilik mövsümü başlayacaq

09:31 07-10-2022 | icon 1582
Noyabrın 15-dən istilik mövsümü başlayacaq

Azərbaycanda istilik mövsümünün dağ rayonlarında noyabrın 1-dən, Bakı şəhəri və digər rayonlarda isə noyabrın 15-dən başlanılması nəzərdə tutulur. İstilik mövsümü qanunvericiliklə tənzimlənir və “Azəristiliktəchizatı” ASC qanunvericiliyə uyğun olaraq zamanında istilik xidmətini işə salır.

 YeniAvropa xəbər verir ki, bu sözləri "Azəristiliktəchizat” ASC-nin sədrinin müşaviri Ramil Məhərrəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Müşavir bildirib ki, 2021-2022-ci il payız qış mövsümü başa çatdıqdan dərhal sonra əvvəlki mövsümün nəticələri, nöqsanlar və abonentlərin müraciətləri, yeni mövsümdə istilik sistemlərinin və infrastrukturunun plan üzrə nəzərdə tutulan təmir-bərpa və nəzarət işləri də daxil olmaqla, genişmiqyaslı və kompleks illik fəaliyyət planı hazırlanır və icra edilir. Mövsümə hazırlıqla bağlı şirkətin aidiyyəti funksiyalarının rəhbər şəxslərindən ibarət xüsusi komissiya təsis olunur. Bu çərçivədə sentyabrın 30-dək istilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib. Təşkil edilən xüsusi komissiya hazırlıq dövrü ərzində Bakı şəhəri və respublikanın regionları daxil olmaqla, bütün qazanxana və istilik məntəqələrinə nəzarət baxışı həyata keçiriblər.