Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun İstanbulda vəfat edib.
YeniAvropa xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu faktı təsdiqləyib.
Bildirilib ki, Leyla xan Xoyski-Keykurun oktyabrın 4-də vəfat edib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2019-cu ilin sentyabr ayında Cümhuriyyət liderlərinin Türkiyədə yaşayan varisləri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalları ilə təltif olunublar. Xan Xoyski və Şeyxzamanlı ailələri adından medal Leyla xanıma təqdim edilib.