logo

Milli Məclisin qarşısında sabahkı aksiyanın qarşısı alınacaq-DİN

10:10 29-09-2022 | icon 1624
Milli Məclisin qarşısında sabahkı aksiyanın qarşısı alınacaq-DİN

Bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında aksiya təyin olunmasına Daxili İşlər Nazirliyindən(DİN) münasibət bildirilib.

YeniAvropa xəbər verir ki, DİN-in mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynovun sözlərinə görə razılaşdırılmamış aksiyanın qarşısı alınacaq: “Onlar aksiya keçirmək niyyətləri barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib.

Buna görə də, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırıram”.

Z.Hüseynov onu da vurğulayıb ki, ictimai asayişin pozulmasına yönəlmiş belə cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadisələrin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcək.