Oktyabrın 1-dən Azərbaycanda növbəti ov mövsümünün açılması nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Xidmət rəisi qeyd edib ki, budəfəki ov mövsümündə bir sıra yeniliklər olacaq: “Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.
O, ov mövsümünün gecikməsinin əsas səbəbinin meşə yanğınları olduğunu diqqətə çatdırıb.