Ötən il Azərbaycanda 84 körpəni 16 yaşa qədər qadın dünyaya gətirib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, ötən il üzrə 9 476 körpə isə 20 yaşadək qadınlar tərəfindən doğulub.
Körpələrdən 341-ni 16 yaşda olan, 1 225-ni 17 yaşda olan, 2 972-sini 18 yaşda olan, 4 854-nü isə 19 yaşda olan qadın dünyaya gətiribş