logo

Ağstafada ağır avtoqəza:15 nəfər xəstəxanaya yerləşdirilib

12:52 26-09-2022 | icon 1750
Ağstafada ağır avtoqəza:15 nəfər xəstəxanaya yerləşdirilib

Bakı-Qazax avtomobil yolundakı yol-nəqliyyat hadisəsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) tabeliyində olan Ağstafa rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

TƏBİB-dən YeniAvropa-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.