Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 113 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 69, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.