Bakı Apellasiya Məhkəməsinin 27.12.2017-cı il tarixli 2-1 (103)-3194/17 saylı qərarı ilə “Dəmir Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. YeniAvropa xəbər verir ki, məhkəmənin qərarı ilə Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank” ASC-nin ləğvedicisi təyin edilib.
Xatırladaq ki, “DəmirBank” ASC-nin lisenziyası bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının qərarı ilə ləğv olunub.