Bu ilin yanvar-noyabr aylarında Bakıda 1 milyon 718,4 min ton dizel yanacağı istehsal edilib. Bakı Şəhər Statistika İdarəsindən YeniAvropa-ya bildirilib ki, hesabat dövründə paytaxtda 1 milyon 97,6 min ton avtomobil benzini, 169 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 539 min ton ağ neft, 262,5 min ton yanacaq mazutu, 33,6 min ton sürtkü yağları, 208,8 min ton neft bitumu və 197,5 min ton neft koksu istehsal olunub.