Cari ilin oktyabr ayında Türkiyə 4,137 mlrd. kubmetr qaz idxal edib. YeniAvropa xəbər verir ki, qardaş ölkə ötən ilin analoji ayı ilə müqayisədə oktyabrda qaz idxalını 19,7% artırıb. Ötən ilin oktyabr ayında qaz idxalatı 3,641 mlrd. kubmetr təşkil edib.İdxalın 3,641 mlrd. kubmetri boru xətlərinin, 495 mln. kubmetri LNG-nin payına düşüb.
Oktyabrda Türkiyə Rusiyadan 2,178 mlrd. kubmetr qaz idxal edib ki, bununla da şimal qonşumuz liderliyini qoruyub.Hesabat ayında Türkiyə İrandan 581 mln. kubmetr, Azərbaycandan 463 mln. kubmetr qaz idxal edib.Ümumilikdə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Türkiyəyə 5,256 mlrd. kubmetr qaz ixrac edib.Qeyd edək ki, sentyabrda Türkiyə Azərbaycandan 519 mln. kubmetr qaz alıb.
2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib. APA