logo

Dünyanın neft nəhəngi “ExxonMobil” də Rusiya bazarını tərk edir

18:48 21-04-2022 | icon 2569
Dünyanın neft nəhəngi “ExxonMobil” də Rusiya bazarını tərk edir

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ABŞ-ın “ExxonMobil” şirkəti iyunun 24-dək Rusiya bazarından tamamilə çıxmaq imkanını nəzərdən keçirir.

YeniAvropa xəbər verir ki, bu barədə “Reuters” agentliyi şirkətdəki mənbələrinə istinadla məlumat yayıb.

Bu qərar Amerikanın enerji nəhənginin Rusiyadakı müxtəlif layihələrdən çıxmasının ardından qəbul edilib.

Qərara Rusiyanın Ukraynaya qarşı başladığı işğalçılıq müharibəsi səbəb olub.